“Türkiyənin Ukraynaya dəstəyi davam edəcək” - AKAR

17:38 09.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.

 

Hafta.az Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, tərəflər Ukraynada atəşkəsin təmin olunması barədə fikir mübadiləsi aparıblar.

 

H.Akar Rusiya ilə Ukrayna arasında müzakirələrin əhəmiyyətini qeyd edib, həmçinin atəşkəsin vacibliyini vurğulayıb.

 

Nazir deyib ki, humanitar yardım baxımından Türkiyənin Ukraynaya dəstəyi bundan sonra da davam edəcək.